Читать книгу Acı həyat. Roman онлайн
46 страница из 89
Babası yatağında oturmuşdu. Dəniz uşaq kimi babasını yedirdi sulu xörəkdən. Qızım bəsdir mən doydum, – Babasına: yox elə şey bax az qaldı. Babası gülümsəyərək, – Dənizə: unutmadım qızım, kiçikliyinizdə siz kəndə gələndə, rəhmətlik nənədə sizi belə yedirdərdi. Deyərdi açın ağzınızı baxın az qaldı, kişi bir anlıq kövrəldi kənara baxdı. Dəniz anladı, başını qatmaqçün – babsına: birazdan Mələk gələcək. Bax məndən hesab soraçaq baba, yedinmi – yemədinmi deyə. Yazığın gəlsin nəvənə, hadi aç ağzını az qaldı. Babası uşaq kimi dərdini unudub gülümsədi. Mələk qızımın mənimçün başqa yeri var qızım, çox mərd və güclü qızdır. Kəndimizin oğlanları ondan qorxub çəkinərdilər. Babası nəyisə xatırlayıb ürəkdən güldü. Dəniz baxdı gülümsədi, babasının uşaq kimi xasiyyətinə. Bilirsənmi bəzən əlindan almaq çətin olurdu döydüklərini. Gözləri yaşardı gülməkdən, Dənizin verdiyi yeməkdən yedi. Dəniz başını narazılıqla sirkələyib gülümsəyib, baxdı babasına.
Babasının evdə Dənizə danışdıqları gərçək olmuşdu, xəbərsiz idilər olanlardan. Mələk Səlimin əllərini – ayaqlarını bağlayıb, eləcə döşəmədə qoymuşdu qaldırmamışdı yerdən. Qabda su gətirib başının zərbə aldığı yerə tutdu. Səlim ofuldayıb – Mələyə: fərz et bundan sonra öldün sən. Mələk qalxıb getdi, az vaxdan qayıdıb əlindəki skoçdan açdı. Aşağı çöküb Səlimin ağzına kobutca yapışdrdı. Bayaqdan baş beynim getdi vır – vırından. Səlim dartınırdı əllərinidə aça bilmirdi. Mələk dəsmalı suda nəmlədib sıxıb, – Səlimə: tərpənmə dedim sənə, qalan boş başınıda yardıtma mənə. Səlimin üstü batmışdı su tökülüb. Mələk dəsmalı başına qoyub, Səlimin ciblərini axtardı. Telefonunu tapdı, Səlim danışada bilmirdi ağzı bağlı olduğundan. Əsəbindən az qala partlayacaq halda idi. Oh nə gözəl telefonun kodda deyil, boş başın çatmamış koda qoymağa. Mənə elə baxma, indən sonra heçdə catmaz, bilirsənmi niyə? çünki qalanıda mən vurduqdan sonra getdi. Telefonda son gələn və gedən zənglərə baxdı, zəng etdi son gələn nömrəyə. Alo şərəfsiz Səlim deyil qulaq as, indi dediklərimi edirsən anladınmı? etməssən Səlimini bir daha sağ görməssən.