Главная » Acı həyat. Roman читать онлайн | страница 48

Читать книгу Acı həyat. Roman онлайн

48 страница из 89

Uğur olanları anlatmışdı, atası oğluna çox əsəb olub acılamışdı. Səlim çarəsiz susrdu atasının qarşısında. Sən axlınımı oynatdın? zorla açarları götürüb evə gizlin girməkdə nə deməkdir? oğlum niyə bu qədər üzürsən məni. Səlimin başı ağrıyırdı gərçəkdəndə. Atası biraz yüksəkdən danışdığında, ikki əlləri ilə başını tuturdu. Atası – Səlimə: bilirsənmi nə var? o qızın əllərindən öpəcəm indi gedib. Vallahidə əllərinə sağlıq, illərdir mənim sənə edə bilmədiyimi etmiş, vallahidə bravo qıza. Səlimi kəssələr qan çıxmazdı. Birdən Dənizi gülmək tutdu, qardaşını Mələyin döyməsinə. Həmdə babası anlatmışdı Mələk haqda olanları. Səlim bacısına tərs – tərs baxdı. Dəniz – Səlimə: qardaşım düz ünvanına evə gəlsəydin vaxdında, babamın Mələk haqda anlatdıqlarını duyardın. Yəni səhv ünvana getməzdin. Dəniz ürəkdən qəh – qəhə cəkib, eyni babası kimi güldü. Uğur əsəbi idi Səlimə, Mələyin belə cəsarətli çıxıb Səlimin tək ağzının deyil, başnanda vuraraq payını verməsindən çox razı idi. Dənizə baxıb birdən Uğurda güldü. Gəlib əlini Səlimin çiyninə vurub, bir daha mənə bulaşma xala oğlu. Bax mənim necə dostum var, payını verib əllərinidə bağlayıb upakovka edib. Hələ ondan sonra mənidə qurtardı bir zəngii ilə, o bandit dostlarından. Düzü elə qorxaqlardan dost olmaz. Əsil dost mənim dostum kimi olar, gülüb getdi babasının yanına. Səlim dinmirdi, Dəniz gözlərini silib gəlib qardaşının yanaqlarından sıxıb, – Səlimə: yaraşıqlı qardaşım mənim. Gəl yardım edim gedək yerində yat. Səlim qalxmadı, – bacısına: səndəndə o gülməyinin heyifini alacam, unutma. Dəniz çiyinlərini cəkib – Səlimə: o zaman məndə səni Mələyə şikayət edərəm, yaxşıça əzişdirər səni. Yenə ürəkdən gülüb getdi. Səlim başına toxunmaq istədi başı ağrıdı, ofuldayıb baxdı əsəblə.

Правообладателям