Читать книгу Acı həyat. Roman онлайн
63 страница из 89
Evdə Dəniz oturmuşdu xadimə gəldi, Dəniz xanım çox gec oldu yatmadın. Ürəyin bir şey istəyirmi? Dənizdə ağlamışdı olanları duyduğunda, yox narahat olma sən get yat. Xadimə getdi, Dəniz üzünü tutub ağladı.
Artıq səhər olmuşdu, həkim çıxdı otaqdan, hamı baxdılar həyəcanla. Həkimin üzündən bəlli idi hec xoş söz deməyəcəkdi. Yazıq anası heç oturduğu yerdən ayağa qalxada bilmədi stresdən. Qorxmuş uşaq kimi Uğurdan bərk – bərk yapışdı. Uğur bir anlıq arvadın qorxub necə özündən tutmasına baxdı, ürəyi param – parca oldu. Atasıyla, Səlimin atası yaxınlaşdılar həkimə. Həkim dərindən nəfəs alıb – olara: qızınızı təssüflər olsun ki, özünə gətirə bilmədik. Həkimin belə deməsindən bir anlıq hər kəs şok yaşadı. Səlim gözlərini qırpmadan baxırdı həkimə. Həkim – olara: sizə məsləhətim, paytaxt şəhərimizə aparıb ornın həkimlərinin nəzarəti altında saxlamaq daha yaxşı olar. Orda məncədə burdan daha yaxşı olacağını düşünürəm. Bu sözünü duyduqdan sonra, Səlimin atası əlini atıb divardan yapışıb dayandı. Öz – özünə: şükür Allahım çox şükür, Mələyin atası sanki keyləşmişdi. Birdən bağırdı həkimin yaxasndan tutub. Burası xəstəxana deyilmi? niyə qızıma dünəndən yardım etmirsiniz. Niyə bunu dünən demirdiniz, tez Səlimin atası həkimdən atasını ayırdı, – həkimə: üzürlü sayın. Gəlin Davud bəy etməyin belə, zorla kişini kənara çəkdi. Həkim anlayırdı şokda idi atası, artıq söz demədən getdi. Atası zorla danışırdı kövrəlmişdi, niyə qızıma yardım etmədilər? indi deyirlər aparın. Səlimin atası sakitləşdirməyə çalışdı, Davud bəy mənim orda tanıdığım güclü həkimlər var. Biz elə indicə qızı burdan aparacağıq, nə olar özünüzü ələ alın. İnanın mənə Mələk yaxşı olaçaq, sizin necə güclü və mərd qızınız olduğunu siz məndən daha yaxşı bilirsiniz. Atası elə kövrəldi ki, çarəsiz uşaq kimi Səlimin atasını qucaqlayıb ağladı. Uğur özünə qısılıb hələdə keyikib baxa qalmış arvada baxdı, yazığın üzünün rəngidə uçmuşdu. Qorxma anam, Mələk gərçəkdən güçlüdür, mənim dostum çox güçlüdür yaxşı olacaq. Arvad üzünü Uğurun sinəsinə qoyub qızım deyib ağladı, Uğur qucaqlayıb tutdu. Səlim bir addım atmışdı gözləri qaraldı, artıq heçnə görmədi, başını ikki əlləriylə tutdu. Atası anladı, qaçıb gəlib oğlunu tutdu. Səlim özündən keçinmək üzərə idi, Atası oğlunu gətirib otuzdurdu. Yanında əyləşib üzünü şillələdi. Səlim oğlum özünü ələ al, duyursanmı məni? oğlum, təkrar sələdi. Səlim özündən keçinməməkçün özünü toparlayıb gözlərini açıb baxdı. Halsız idi, dünəndən pərişan olmuşdu, üzündə Uğurun vurduğu yerlər bilinirdi. Atasının ürəyi acıyırdı, nə qədər tərs olsada evladı idi. Səlim alnını atasının çiyninə qoyub, – atasına: yaxşıyam. Sən get onu burdan aparmaqçün həkimlə danış, tez gedək burdan. Atası dərindən nəfəs alıb baxdı, Səlim alnını atasının çiynindən çəkdi ki, qalxsın getsin. Atası qalxıb getdi tez həkimlə danışsın. Səlim peşman baxışlarla baxdı Uğura qısılıb ağlayan Mələyin anasına. Uğurun nifrət dolu baxışlarıyla tuş gəldi baxışları. Səlimdə Uğura heyif cıxaçaq baxışlarla baxdı.