Главная » Acı həyat. Roman читать онлайн | страница 62

Читать книгу Acı həyat. Roman онлайн

62 страница из 89


Beləcə gecə yarı olmuşdu, heç kimin canında taqət qalmamışdı. Qaçaraq xəstəxanaya Səlimin atasıyla, Uğur gəldilər. Uğur çatan kimi Səlimin ağzından yumuruq vurdu, Səlim Uğura cavab qaytarmadı. Uğur təkrar – təkrar Səlimi vurdu, sənə dedimmi şərəfsiz uzaq dur qızdan. Alçaq səni öldürmərəmmi mən? pis – pis vurdu Səlimi. Tez atası gəlib zorla Uğuru çəkdi kənara. Sakit ol dedim burası xəstəxanadı, ağzı – burnu qanamış oğluna tərs – tərs baxdı. Səlim atasının üzünə baxmadı, atası indi çətin durumda idi. Heç bilmirdi nə deyəcəkdi Mələyin ailəsinə, yazıq kişinində əsəbdən əlləri əsirdi. Səlim atasının əllərinə baxdı, yaşarmış gözləri ilə atasına baxdı. Atası başını narazılıqla sirkəlrdi, Uğuru o tərəfə çəkib apardı ki, vurmasın oğlunu. Uğur qolunu əsəblə çəkib bağırdı, tutma məni, get o şərəfsiz oğlunun qolundan tut apar gəbərtməyim. Atası əsəblə – Uğura: yetər dedim, başımda bir tərbiyəssiz var bəsdir, səndə oxşama ona sus. Uğur dərindən – dərindən nəfəs alıb, sakitləşməyə çalışdı. Birdən özlərinə baxan Mələyin ata – anasını gördüyündə, elə bil yuxudan ayıldı. İkisidə sual dolu baxışlarla baxırdılar olara, arvad halsız ayağa qalxdı gözləri yaşlı. Oğlum Uğur demişdi, Uğur qaçaraq gedib arvadı qucaqlayıb ağladı. Hay can Anam, arvatda Uğuru qucaqlayıb qızım deyib elə ağladı ki, Səlimin atası kənara baxdı xəcalətindən. Mələyin atasıda üzünü tutub ağlayırdı, oğlum qızım yıxılmış başı dəymiş, həkimlər özünə gətirə bilmirlər. Oğlum niyə getdin, kəşki getməsəydin. Səlim qulaqlarını tutdu, arvadın dediyini eşitməməkçün. Səlimin atası anladı olanları atası deməmişdi ailəsinə, Səlimə baxdı əsəbi baxışlarla. Uğurda arvadın belə deməsindən şoka düşmüşdü, Murad dayısına getmiş qızım. Orda talvardan düşmüş, sağ olsun nəvəsi çatdırmış qızımı xəstəxnaya. Uğur duyduqlarından şok keçirirdi, oğlum Səlimi nahaq vurdun onun bir günahı yoxdur. Səlim arvad ağlayaraq danışdıqca, xəcalətindən- üzüntüsündən qulaqlarını tuturdu. Uğurun gözlərində Səlimə və babasına qarşı nifrət dolu baxışları yarandı. Arvadı qucaqlayıb qızarmış, yaşarmış, gözləriylə kinli baxışlarla baxdı Səlimə.

Правообладателям