Читать книгу Acı həyat. Roman онлайн
49 страница из 89
Səlimin Atası gəlib Mələyə haqq vermişdi, artıq olanları babasıda bilmişdi. Mələk Səlimin atasının qarşısında biraz xəcalət çəkdi. Kişi gülümsəyib, – Mələyə: qızım dedim axı haq olanı etmisən, əllərinə sağlıq. Birdən babası oturduğu yerində, Mələyin çiyninə alnını qoyub gülməyə başladı. Mələk kişinin bu gülüşünə hər zaman heyran idi, necədə ürəkdən gülürdü dərdini – ağrısını unudub. Bir qoluyla kişini qucaqlayıb, üzünü başına qoyub baxdı. Mələkdən başqa hamısıda yaşı anlayırdılar, Səlim artıq durmayacaqdı heyif almadan.
Geçə Uğurla evə gec gəldilər. Uğurun kerfi yaxşı idi, – Mələyə: dostum hələ inana bilmirəm. Evə gəldiyimdə Səlimin bağlı olduğunu gördüyüm gözümün önündən getmir. Uğur pencəyini divana atıb əyləşdi. Mələk mətbəxtdə gedib səsləndi, – Uğura: sənə çay – qəhvə? – Mələyə: sən içəndən dostum. Az vaxtdan Mələk sinidə iki fincan çaylarla gəldi, çayın birisini Uğura verdi əyləşdi. Uğur təşəkkür etdi, sinidən götürüb şirinyyat qabınıda Uğura yaxın qoydu. Uğur birdən gülməyə başladı, – Mələyə: ağzına skoc bağlamağın ayrı ləzzət elədi mənə. Mələk çayından içib, – Uğura: onun dır- dirina qulaq asacaq deyildim ki, kənt qarıları kimi vır – vır ağzı durmurdu. Uğur gülməkdən özünə hakim ola bilmirdi. Mələk zarafatla, – Uğura: oğlan o günü babasınada deyirdi, qanım sənin qanındandır filan, guya çəkmiş kənt tərəfimizə. Düz deyir çəkmiş, sadəcə kənt qarılarına. Allah saxlasın olar dır – dıra başladıqlarında. Uğur gülməkdən göz yaşlarını silib, – Mələyə: komediyasan dostum vallahi. Ancaq unutma, ondan ehtiyat etməyin gərəkir. Mələk çayını içərək baxmadan, – Uğura: mən niyə ki? mən tərəfdən problem olmadı. Mağazada xalan oğlu tərəfindən təcavüzə uğrayıb, huşsuz yatan mən deyildim. Hələ döşəmədə leş düşüb sərələnmiş Səlim bəyi demirəm. Siz məndən ehtiyat edin dostum. Uğur zarafatına yenə ürəkdən güldü. Vallah dostum səninlə savaşa belə gedərəm. İnan silahsız düşmənləri 10 dəqiqəyə upakovka edərsən. Mələk Uğurun uşaq kimi deyən sözlərinə, başını narazılıqla sirkələyib gülümsədi. Anacaq üzünü tez bir zamanda ciddi ifadə alaraq fikirə daldı. Uğur çayını götürüb içərək baxdı Mələyə.