Главная » Acı həyat. Roman читать онлайн | страница 51

Читать книгу Acı həyat. Roman онлайн

51 страница из 89

Beləcə bir neçə ay ötdü keçdi. Mələk öz evinə – kəndinə dönməsindən çox razı idi. Olan hadisədən sonra çox dəyişmişdi, heç oxumaq haqda düşünmürdü. Anası axşam yeməyini hazırlayırdı mətbəxtdə. Mələk gəldi, – anasına: ohh nə gözəl qoxur yeməklərin. Anası gülümsəyərək, -Mələyə: qızım məndə anamın hazırladıqlarına eyni sənin kimi deyərdim. Nə olur – olsun, ana hazırlayan yeməkləri təkrar başqa kimsə hazırlaya bilmir. Bu nəsillikcə davam edir, hər kəs öz anasının hazırladığı yeməkləri özləyir. Nə qədər çalışsaqda o yeməklərin dadını – tamını hzırlaya bilmirik. Mələk boş qabları götürüb – Anasına: demək sənədə rəhmətlik nənəmdən keçmiş dadlı yeməklər hazırlaman. Anasnın üzündən öpüb, qabları aparıb getdi. Anası bilirdi qızının xasiyyətini, yazıq qadın yenə üzülürdü qızını oxuda bilmədiklərinə görə. Bir anlıq dayanıb baxdı düşündü, Allahım sən kömək ol bizə.

Beləcə bir gündə ötdü keçdi. Səhər Mələk yuxudan oyanıb, gedib əl – üzünü yuyub gəldi. Ansını səslədi, anacan, anasından səs gəlməyinçə, öz – özünə: yəqin xalam gildədir. Özünə çay süzməkçün mətbəxtdə gedirdi, qapı döyüldü. Mələk gedib qapını açdığında üzünün ifadəsi dəyişdi sevindi, – kiməsə: ayy nə uğurlu sabahım açılmış üzümə. Gələn Uğur idi, Mələklə qucaqlşıb görüşdülər. Uğur – Mələyə: gəldim dostumun gününün uğuru olum. Mələk -Uğura: xoş gəldin canım dostum, gəl keç qapıda qalma, inan çoxx sevindirdin məni. Mehribanlıqla qolundan tutub içəri gətirdi. Uğur evə baxıb – Mələyə: indi anladım nədən şəhərdən tez qaçmaq istədiyinizi. Vallahidə çox gözəldir burası, hələ yol gələrkən insan təbiətin gözəlliklərinə baxıb heyran olur. Mələk divanda otuzdurub, – Uğura: niyə demədin gələcəyini? qarşılayardım səni. Uğur gülümsəyib, – Mələyə: mən sənə syurpriz etmək istədim dostum, məncə pis anlınmadı. Mələk çox sevinmişdi, – Uğura: mən ikimizədə çaylar süzüm birlikdə içək, qalxıb getdi. Uğur evə nəzər salıb gülümsədi, ev çox səliqəli və hüzur verici idi. Mələk mətbəxtdən – Uğura: dostum, mənim yalançı bacımın xəbəri vardımı gələcəyindən? o köhnə kəşviyatçıdır. Uğur gülümsəyib, – Mələyə: dostum məni mətbəxtdən sual atəşinə tutmağını özləmişəmmiş. Mələk sinidə mürəbbələr və şirinyat, iki fincan çayları gətirib gəldi. Sinini masaya qoyub, – Uğura: sənində sual atəşlərindən qəşəng yayınmaların var bilirsənmi? çayı qarşısına qoydu. Mürəbbə qablarını və şirinyyatıda yaxınına qoyub, – Uğura: sualdan yayınmağından anlaşıldı ki, əlbətddə vardı. Bu qız sizin şəhərə gedəni moşennik oldu arkadaş. Uğur Mələyin sözünə ürəkdən güldü. Canım dostum nə etsin qız? gördün şəhərimizdə dolanmaq o qədərdə rahat deyil. Biraz moşennik, birazda yalançı olmağın gərəkir. Mələk ağzını büzüb baxdı. Uğur çayını götürüb içdi, mmm nə qəşəng çaydır, – Uğura: nuş olsun dostum. Biz Murad dayıyla niyə ordan qaçdıq anladınmı indi. Uğur çayını icərək gülümsəyib, – Mələyə: yol gəlişi kəndinizin gözəl və, axıllı qızlarınıda gördüm. Burası vallahi ürəyimə çox yatdı. Mələk – Uğura: dostum kəndimizdə gördüyün o gözəllərin çoxu mənim kimi başdan xarablardı. Deyim bil Səlimin halına düşmə şansın var. Uğur xatırlayıb gülməyə başladı. Dostum hələ indiyə kimi Səlimi belə sındıran olmamışdı. Dəniz arada incidir qardaşını. Mələk gəlib – gedəni çox dəyişdin deyir. Heç evdəndə çıxmır dışarı, – Uğura: amandı qalsın evində. Dışarı çıxıb yalandan əsib guruldayır xalan oğlu, sonunda özü islanır tufanında, şahidi olduq. Uğur çayını masaya qoyub güldü. Sən az vaxlıq gəldin, inan bir ömürlük unudulmayacaq xatirələr qoydun getdin. Anan gil yoxmu? Mələk nə isə demək istəyirdi, anası gəldi içəri. Mələk -Uğura: var dostum, Uğur ayağa qalxdı qadını görüb. Anası mehribanlıqla yaxınlaşdı, – Mələyə: qonağımızmı var qızım. Mələk -anasına: haqqında danışdığım, dünyanın ən gözəl ürəkli dostum Uğur bəydir. Anası anladı, – Uğura: xoş gəldin oğlum. Uğurla öz evladı kimi qucaqlayıb görüşdü. Uğur bir anlıq qadının necə mehriban olmasına heyranla baxdı, xoş günüz olsun Roza xala. Qızınız gözəl ürəyindən necədə sizə bənzəyir. Arvad gülümsəyib, – Uğura: bütün evladlar bənzəyirlər analrına oğlum. Buyur əyləş ayaqda qalma. Allah sizləri hər zaman xöşbəxt etsin bu həyatınızda. Uğur əyləşdi, arvadda yaxınında əyləşdi, – Uğura: qızım dedi çox gözəl vaxt keçirdiyini sizlərlə. Cox sağolun varsınız, Gülsümdə mənə qızım sayılır. Mələk dediyində sən və Dəniz, Gülsümə çox dayaq olursunuz orda, inan oğlum çox sevindim. Uğur Səlimin etdiklərindən xəcalət çəkdi, baxdı Mələyə üzgün. Anladı anasına tam əksini anlatmışdı qırmamaqçün. Mələk baxıb işarə etdi ki, hər şey yaxşıdı üzülmə mənasında. Borçumuzdur Roza xala. Boğazı qovuşdu sözünü dediyində, çayından götürüb bir qurtum içdi. Arvad sevincək – olara: siz çayınızı için, mən indi yeyəcək şeylər hazırlayım. Uğur -arvada: zəhmət çəkməyin, mən yolda yedim əyləşin. Arvad – Uğura: oğlum olarmı heç elə şey? siz çayınızı için mən az vaxtda gəlirəm, qalxıb getdi. Uğur arvadın ardınca baxıb – Mələyə: şanslısan dostum, anaların ən gözəllərindədir sənin anan. Mələk gülümsəyib, – Uğura: orası elədir dostum, iç çayını soyutma. Sən hələ anamın hazırladığı mürəbbələrdən ye dadına bax. Uğurun nədənsə canı sıxıldığı, Mələyin gözündən yayınmadı. Uğur gülümsəyib, qaşığı götürüb mürəbbədən yeyib, mmm gərçəkdən çox dadlıdır. Əllərinə sağlıq olsun ananın, çayını icdi.

Правообладателям