Читать книгу Acı həyat. Roman онлайн
50 страница из 89
Səhər açıldı, bazar günü olduğundan Uğurda evdə idi. Mələk oyanıb gəldiyində, Uğurla əyləşib özünü gözləyən Gülsümü görüb baxdı əsəblə. Dönüb getmək istəyirdi Gülsüm səslədi, bağışla bacım nə olar. Mələk Gülsümü cox istəyirdi, özünə bacım deməsinidə çox özləmişdi. Dönüb ciddi üz ifadəsi ilə – Gülsümə: bu birinci – axırıncı olsun yalançı bacım. Elə bil Gülsümə dünyaları hədiyyə etdilər. Qalxıb qaçıb gəlib Mələyə elə sarıldı ki, Uğur baxıb gülümsədi. Mələkdə qucaqlayıb – Gülsümə: bax bacım bir daha gizlin işlər çevirərsənsə ardımdan, Gülsüm imkan vermədi. Bir daha olmayacaq, bağışla, bağışla, bağışla. Mələk – Uğura: dostum bazar günü budilniki kim qurmuş? Gülüsmü işarə etdi. Uğur Mələyin Gülsümün bağışla sözlərini təkrarlamasına işarə etdiyini anladı. Əlini- əlinə vurub güldü ürəkdən. Mələk Gülsümü qacaqlayıb baxdı, zarafatını anlayıb gülən Uğura.
Beləcə günlər keçdi, Murad dayısı sağalmışdı. Mələklə artıq hazır idilər öz doğma kəntlərinə qayıtmağa. Avtobus voqzalına Gülsümlə, Uğurda, gəlmişdilər yola salmağa. Gülsüm – Mələyə: canım bacım yenə gəl tamammı? Mələk Gülsümə elə təcüblə baxdı ki, Uğuru gülmək tutdu. Amandı sizin şəhəriniz sizə qalsın istəmirəm artıq. Gülsüm incik baxışlarla baxdı. Dənizdə gəldi, – Mələyə: bax Mələk Gülsümün sözünə məndə qoşuluram. Çalış yenə gəl, tamammı? oldu xırda – para problemimiz o heç. Mələk əsəbləşəcəkdi Dənizə, o arada Murad dayısı yaxınlaşdı. Kişi mehribanlıqla – Mələyə: gedək qızım, bizi gözəl kəndimiz gözləyir. Səlimin atası yaxınlaşdı salamatlaşmaqüçün. Ata bir daha deyirəm qal, nə olar getmə. Bax nə gözəl səninlə söhbət edirdik, sən burda olsan içim rahat olar. Atası gülümsəyib, – oğluna: gördün oğlum mən şəhər yerində bacarmıram, xəstələnirəm. Mənə kəndimiz yaxşıdır, sənədə məsləhətim öz doğma kəndinə qayıtmaqdır. Burda şəhərdə nə təmiz hava alırsınız, nə də kənt meyvəsindən yeyə bilirsiniz. Atası Dənizə baxıb, başını narazılıqla sirkələdi. Nə desədə atasını razı sala bilməyəcəyini yaxşı bilirdi. Kəndə gedəcək avtobusa bildiriş olundu. Mələklə, Murad dayısı bir – bir qucaqlaşıb salamatlaşdılar hamıyla. Uğur – Mələyə: dostum bilirəm burda yaxşı xatirələr yazılmadı xatirə dəftərinə. Ancaq mən kəndinizə mütləq gələcəm səni görməyə. Mələk gülümsəyib, – Uğura: hər zaman qapımız üzünə açıqdır dostum, gəlsən çox sevinərəm bunu bil. Çantasını götürüb – Uğura: Murad dayının Çantasını al avtobusa kimi. Uğur kişinin çantasını götürüb getdi. Səlimin atası – Mələyə: qızım səndən təkrar üzür istəyirəm olanlara görə. Mələk bir anlıq kişiyə baxıb olanları xatırlasada, əsəbləşmədi. Dərindən nəfəs alıb çarəsiz gülümsədi. Dəniz demişkən oldu kecdi Paşa bəy, mən unutdum, sizdə unudun. Kişi başıyla razılığını bildirdi. Dənizin çiyninə qolunu qoyub baxdı, atasının və Mələyin gedişinə. Murad dayısıda Mələyin çiyninə qolunu qoyub, – Mələyə: hadi qızım bizə uğurlu yol. Mələk zarafatla -kişiyə: Uğuru qabaqdan göndərdim Murad dayı, inşallah yolumuz uğurlu olar. Mələyin dediyi sözə kişi qəh – qəhə cəkib gülərək, getdilər. Atası arxalarınca baxıb – qızına: vallahi baban bu qızı bizdən çox istəyir baxsana. Dəniz gülümsəyib, – atasına: babamın üzünü güldürə bilirsə, demək ki qazamış sevgizini Mələk. Sən babamı bilirsən ata, hər adamla qanı qaynamaz onun. Atası dərindən nəfəs alıb – qızına: orası elədir gözəl qızım, gedək bizdə evə. Heç doğmalarımı uğurlamağı xoşlamıram. Gülsüm hələ üzgün baxırdı Mələyin ardınca. Dəniz – Gülsümə: ortaq gəl gedək bəsdi baxdın bacının ardınca, onsuzda dönən deyil. Gülsüm gözlərini silib, baxdı Dənizə üzgün baxışlarla. Dəniz gəlib mehribanlıqla qucaqladı. Canım indi mənidə ağladacaqsan, gəl biz səninlə bir yerə gedəcəyik. Gülsümü apardı ordan, boynunu qoluyla quçaqlayıb özünə sıxıb. Atasıda arxaya baxa – baxa getdi olarla, üzgün – kefsiz.