Главная » Acı həyat. Roman читать онлайн | страница 53

Читать книгу Acı həyat. Roman онлайн

53 страница из 89

Beləcə bir neçə günlər ötdü kecdi. Uğur Mələklə gözəl istirahət etmişdi, təbiətin gozəl yerlərini gəzərək. Axşamı geri şəhərə dönməli idi. Mələklə Murad dayısıyla salamatlaşmaqçün gəldilər sahəyə. Mələyi görən kimi it qaçıb gəlib şıltaqlıq etməyə başldı. Mələk iti oxşayıb öpdü, it artıq Uğurada toxunmurdu. Mələk – itə: dostum nə tez alışdın sən dostuma. Bax itlər bilrlər ürəyi gözəl insanlara toxunmurlar, pis insaları hiss edirlər və dişləyirlər. Uğurda bilirdi kiçikliyində Səlimi itin dişlədiyini, gülümsəyib, – Mələyə: Səlimi sevmir dostun. Mələk -Uğura: düz edir, elə tipləri heç sevməsələr yaxşıdı. Dostum dişini belə bulaşdırmasılar pis qanlarına. Bu vaxdı kimsə iti fitlə çağırdı, it qaçaraq getdi. Mələklə Uğur dönüb baxdıqlarında, gözlərinə inanmadılar. İti çağıran Səlim idi, it gedib Səlimin üstünə tullanaraq, şıltaqlıq etdi. Mələk – Uğura: dostum nə olar de, sən mən görəni görmürsən. Sənin bu xalan oğlu indi gözümə görsənməyəmi başladı? yox artıq, qara basır məni. Uğur əllərini belinə qoyub – Mələyə: bilirəm sualının cavabı xoşuna gəlməyəçək, hə məndə görürəm Səlimdir. Bu nə edir burda? heç Uğurunda xoşuna gəlmədi Səlimin gəlməsi. Mələk gözünü Səlimdən çəkmədən – Uğura: səndən xayiş edirəm dostum, apar bunuda özünlə burdan. Səlim gəlib çatıb qarşılarında dayandı. Səlim – Uğura: xalam oğlu bizim buralar xoşuna gəldimi? məncədə gəlmişdir. Uğur- Səlimə: mənim gəldidə, sən buraları sevməzdin heç, nə işin var burda sənin? nə vaxt gəldin xəbərim olmadı. Səlim kinlə gülümsəyib, – Uğura: sən getdiyində mənə demişdinmi? birdə ki, burası mənim babamın yeridir. Ürəyim nə vaxt və nəqədər istəsə qala bilərəm, yəni səndən fərqli olaraq. Mələk – Uğura: iti özünə alışdıra bildiyinə görə, demək ki çoxdan buralardaymış babasının itindən qorxan nəvəsi. Səlim əyilib yanındakı itin başını sığal çəkib, – Mələyə: itdə bizimdir, anladın? məncədə anladın. Artıq mən sənə icazə vermirəm bura gələsən, yada itə yaxın durarsan. Uğur Səlimin davakar sözündən əsəbləşib kənara baxdı. Çalışdı Səlimi acılamasın, çətində olsa özünü toparladı. Bax Səlim uşaqlıq etmə, gəlmişsən lap yaxşıda demirəm, çünki sən bura yaxşı niyyətlə gləməmisən. Gəl gedək mənimlə, insanların rahatlığını pozma. Səlim saymadan fit çala -çala, Uğurun yanından keçib getdi. Hec geri baxmadan iti səslədi, gəl dostum gedək gətirək qoyunları. Mələyi kəssələr qan çıxmazdı. Uğur baxdı – Mələyə: bəlkə sən gələsən mənimlə? Mələk əsəblə – Uğura: necə demişlər? ilanın başı ağrıyanda yola çıxarmış. Xalan oğlunun bərk başı ağrıyır deyim bil. Uğura xəcalət oldu, öz – özünə: bravo Səlim sənə, istirahətimin içinə pox qoya bildin. Mələk – Uğura: sən Murad dayıyla salamatlaş gəl, mən o tipin üzünü görmək istəmirəm. Əsəblə getdi, Uğur qaldı ortalıqda baxa. Bir tərəfdə əsəbinə hakim olmayan xalası oğluydu, o bir tərəfindədə çox sevdiyi dostu. Bunuda bilirdi ki, Səlim bura qızdan heyif almağa gəlmidi. Dərindən nəfəs alıb, ax Səlim axx, adam olmadın.

Правообладателям