Читать книгу Acı həyat. Roman онлайн
54 страница из 89
Mələk evə əsəbi gəldi. Anası – Mələyə: qızım Uğur hanı? Mələk elə əsəbləşmişdi ki, – anasına: birazdan gələcək. Getdi otağına, anası öz – özünə: nə oldu ki? narahat oldu, getdi qızının ardınca. Gəlib qapını açıb gəldi yanında əyləşdi, – qızına: qızım Uğurlamı davalaşdınız? nədir üzünün bu halı. Mələk dərindən nəfəs alıb, – anasına: yox ana. Murad dayının eşşək baş böyük nəvəsi var Səlim, o gəlmiş. Anası təcüblə, gəlsində qızım nə olmuş ki? Mələk əsəbləşdi – anasına: xoşum gəlmir o tipdən. Gəlmiş dostumu özünə öyrətmiş mənə acığa, dostum heç yanıma gəlmədi getdi onunla. Anası birdən qəh – qəhə çəkib elə güldü ki, qızının sözünə. Qızım siz Səlimlə itimi bölüşə bilmədiniz? Allahım sən mənə kömək ol. Qızım babasının itidir, itdə ona alışmış, burda nə var əsəbləşəsi? yenə güldü. Qızının üzündən öpüb, gülə – gülə qalxıb çıxdı otaqdan. Anası bilmirdi qızının başına gələn işləri, Səlim səbəb olub. Mələk əsəblə öz – özünə: babasının itiymiş, mərəfətsiz heyvan. Sən nə qanırsan qanacaq, mərəfət, baba, ya insanlıq, zibil.