Главная » Acı həyat. Roman читать онлайн | страница 55

Читать книгу Acı həyat. Roman онлайн

55 страница из 89

Uğur əyləşmişdi babasının yanında kefsiz, babası yaxşı anlayırdı Uğur niyə kefsiz idi. Səlimdə gəldi, əlində qəhvəylə əyləşdi. Uğur dərindən nəfəs alıb – Səlimə: son qərarındırmı burda qalmaq? cavab gözlədi. Səlim qəhvədən içib, – Uğura: sənə hesabmı verəçəm? Babası – Səlimə: oğlum kobutlamayın bir – birinizi. Oğlum Uğur, Səlim qərarlıdır burda yanımda qalacaqmış, sən narahat olma gözüm üstündə olacaq. Elə deyilmi Səlim? Səlim – babasına: əlbətddə babacan, həmişə özün deyirdin gəlin. Məndə gəldim, düşündüm həmdə xəstələndin yanında qalım yardım edim. Uğur əsəblə – Səlimə: çalış əksi olmasın. Səlim heç vecinə almadı Uğurun sözünü. Yerdən döşəkcəyə üzandı, off doğurdan burası gözəlmiş, adama hüzur verir təbiət. Babası bilirdi Mələyə çətin olacaqdı Səlimlə burda. Dərindən nəfəs alıb – Uğura: itim Səlimə alışdı. Ümid edirəm Səlimdə ətrafımızdakı sevdiklərimizədə belə hörmətlə, tez bir zamanda alışacaq. Uğur ayağa qalxdı, Səlimə tərs – tərs baxıb, o zaman mən gedim Murad dayı. Məndə ümid edirəm dediyiniz kimi olacaq. Kişidə ayağa qalxdı, Uğuru yola salmaqçün. Səlim heç yatdığı yerdən qalxmadıda. Uğur artıq Səlimin tərs hərəkətlərini görməməkçün, – babasına: özünüzə yaxşı baxın Murad dayı. Kişiylə qucaqlaşıb salamatlaşdı, – Uğura: səndə oğlum, yenə gəl gözləyəcəyik. Səlim —Uğura: heç axlından belə keçirmə mağazanı baxımsız qoyub gəlməyə. Birdə məndən icazəsiz gəlsən incimə işdən ataram səni, duydunmu? get işinlə məşğul ol. Uğur necə əsəbləşdisə, babası tez işarə etdi ki, davalaşmasın. Uğur istəmədi kişi həyəcan keçirsin yenə. Burdakılar Mələk dostuma əmanət Murad dayı. Sözünə qulaq asmayan olsa de, yaxşıca əzişdirsin. Bəzilərinə burda qalıb tərbiyə almaq lazımdır məncədə. Babası yenə xatırlayıb güldü, əlini Uğurun ciyninə qoyub, gəl oğlum yola salım səni. Səlimə söz atıb dəyən daş kimi dəysədə, özünü sındırmadı. Qolunu başının altda qoyub, gözlərini yumub dayandı.

Правообладателям