Главная » Acı həyat. Roman читать онлайн | страница 56

Читать книгу Acı həyat. Roman онлайн

56 страница из 89

Uğur evə gəldi salamatlaşmaqçün, Mələk üzgün baxdı. Uğur çarəsiz gülümsəyib, boynunu qucaqlayərkən – Mələyə: ondan çalış qıraq dur səndən çox xayiş edirəm. Mən burdan çox arahat gedirəm, Mələkdə Uğurun qulağına pıçıldadı. Narahat olma dostum sən məndən, bilirsən xalan oğlunun başıçün deyil mənə girişmək. Uğur boynunu buraxıb baxdı gülümsədi, – Mələyə: sən yenədə dedyimi et dostum. Anası gəldi atasıyla, oğlum sənə biraz şeylər hazırladıq, aparın nuş edin. Uğur – olara: zəhmət cəkmişsiniz çox sağolun, vallahi utandırdınız məni. İkisində – Uğura: nə zəhməti oğlum, atası hazırladıqları karobkanı götürüb apardı maşına. Anası Uğuru qucaqlayıb, qapımız həmişə açıqdır oğlum, nə vaxt istəsən gəl. Uğurda arvadı qucaqlayıb təşəkkür etdi, sizdə gəlin Roza xala. İnanın çox sevinərəm, mənimdə qapım üzünüzə hər zaman açıqdır. Mələk —Uğura: anam elə bil oğlunu əskərliyə yola salır, burax ana oğlanı indi ağladacaqsan. Mələyin zarafatla dediyi söz gərçək oldu. Uğur anasından çəkilərkən gözlərindən yaş süzüldü. Anası baxdı Mələyə, Mələk tez baş qatmaqçün, – anasına: dostumun kövrək ürəyi var anacan. Bax ağlatdın yazığı, gəl dostum gedək, qolundan tutub apardı. Anasıda pis oldu Uğurun ağlamasına. Arxasınca baxıb oz – özünə: can oğlum bilmədiyimiz dərdinmi var anan haqda? tez getdi ardlarınca.

Правообладателям