Главная » Acı həyat. Roman читать онлайн | страница 57

Читать книгу Acı həyat. Roman онлайн

57 страница из 89

Gəlib maşının yanında dayandılar, atası hazırladıqlarını baqaja qoyub, —Uğura: çatdığında xəbər et oğlum. Yolda yavaş idarə et maşını, tamammı? Uğur yaşlı gözləriylə gülümsədi. Tamam Davud dayı edərəm soz, mütləq bildirəçəm çatdığımda. Çox sağolun hərşeyçün, maşının qapısını açıb sükan arxasına əyləşdi. Uğura Səlimin gəlişi dərt olmuşdu, heç getmək belə istəmirdi Mələyi qoyub. Çarəsiz gülümsəyib, maşının qazına basdı, siqnal edib getdi. Anası – Mələyə: qızım bu uşağın anası haqda dərdimi var? Mələk unutmuşdu soruşmağa Uğurdan ailəsi haqda. Ancaq anlamışdı Uğurun nəsə bir problemi olduğunu. Bilmirəm ana bəlkədə var, düzü soruşmadım. Anası – Mələyə: qızım soruşmalıydın, baxsana yazıq ağladı kövrəlib. Mütləq maraqlan soruş, ançaq indi deyil, sükan arxasında belə şeyləri soruşmaq olmaz, getdi. Mələk anasının ardınca baxıb, – tamam komandir xanım əmir edərsiz. Mələk – atasına: anamın rütbəsini qaldırmaq lazımdır ata. Bax komandirlikdən razı deyil, general olmağa qərar vermiş. Atası qızının dediyi zarafata ürəkdən güldü, aman qızım qalsın komandirliyini etsin, alışdıq. General olsa vay günümüzə, qızının boynuna qolunu qoyub, baxdı arvadının ardınca gülərək.

Правообладателям