Читать книгу Acı həyat. Roman онлайн
58 страница из 89
Beləcə günlər keçirdi, Mələk artıq getmirdi Murad dayısıın yanına, istəmirdi Səlimlə üzləşsin. Tez – tez Uğurla danışırdılar telefonda. Mələk sahəyə gəlmir deyə, Murad kişi özü gəlirdi olara. Mələyin dayısı xəstə olduğundan, ata – anası getmişdilər ziyarətinə. Mələk həyətdə oturub Gülsümlə telefonda danışırdı. Birdən kimisə gördü, üzünün ifadəsi dəyişdi. Telefonda – Gülsümə: bacım mən səni sonra arayacam. Telefonu söndürüb gələn adama baxdı əsəblə, gələn Səlim idi. Gəlib yanına çatıb üz-üzə dayndılar. Mələk – Səlimə: gəldin babamın yeridi dedin anladıq, artıq gəlmirik. Həyətimdə, evimdə, nə işin var sənin? nə cəsarət edib gəlmisən. Səlim kinlə gülümsəyib, ətrafa baxıb – Mələyə: sənin bəs mənim evimdə nə işin vardı? burnumun ucuna gəldiyini unutdun deyəsən. Mələk istəmirdi kimsə duysun davalaşdığını, – Səlimə: bax Səlim, mənim evinə gəlməyimə sən səbəb olmuşdun. Babana görə ordaydım unutmadınsa. Yəni sənin çıxardığın hoqqa oyunun nəticəsi idi, anladınmı. Səlim yalandan gülümsəyərək, —Mələyə: mənimdə burda olmağıma yenə babam səbəbdir, eyni sənin kimi. Mələk narahat oldu, nə olmuş ki babana? Səlim dərindən nəfəs alıb – Mələyə: xəstələnmiş yenə. Dedi səni cağırım, o üzdən burdayam anladınmı? Mələk narahat oldu. Heç Səlimi gözləmədən qaçıb getdi sahəyə kişinin yanına, Səlimdə ardınca getdi.