Главная » Acı həyat. Roman читать онлайн | страница 59

Читать книгу Acı həyat. Roman онлайн

59 страница из 89


Mələk tələsərək qaçıb gəldi. Murad dayı yuxardasanmı? səsinə hay verən olmadı. Tələsik çıxdı yuxarı baxdı, kişi yox idi yerində, aşağı endi. Səlim gəldi, Mələk çox narahat idi – Səlimə: hanı baban? Səlim çiyinlərini cəkib, burda idi bilmirəm. Mələk – Səlimə: xəstəydisə hara getdi o halıyla? dönüb ətrafa baxan an, birdən Səlim Mələyi tutdu arxadan boynuna qolunu salıb özünə sıxıb tutdu. Mələk anladı bu yenə Səlimin oyunu idi. Mələk – Səlimə: demək yenə səni cəzalandımağımi istəyirən, şərəfsiz. Səlim bərk – bərk Mələyi arxadan tutumuşdu, tərpənməyə imkan vermirdi. Bu dəfə mənim növbəmdir səni cəzalandırmaq. Mələk çox dartınsada qolundan çıxa bilmədi. Səlim əsəblə qulağına pıçıldadı, dinc dur boynunu qırmayım. Mələk Səlimin qolundan iki əlləriylə tutdu, – Səlimə: bacarmayaçağın işi heç dilinə gətirmə şərəfsiz. Qollarından tutub bütün gücü ilə Səlimi arxadan atmaq istədi, alınmadı. Səlimdə işini bilmişdi bu dəfə, ehtiyatla davranırdı ki, Mələyin udarı tutmasın özünü. Mələk dizinə təpik vurdu, o arada Səlimi özü qarışıq yerə yıxa bildi. Ançaq Səlim bərk tutmuşdu buraxmırdı, Mələk gördü gücü yetməyəcəkdi Səlimə. Gözü axtardı bir şey tapsın yenə başına ilişdirsin, ancaq tərslikdən heç bir şey tapmırdı. Səlim əllərini başı üstə tutub, üstünə çıxıb bərk – bərk tutdu. Nə oldu? bu dəfə başıma vurmağa əlinə birşey çatmadımı? sən etdiklərinin cavabını verçəksən mənə. Mələk dartınsada çox pis ilişmişdi, əllərindən çıxması mümükün deyildi, gücü Səlimlə bir deyildi. Səlim ələ salaraq, – Mələyə: nə oldu, niyə susursan? buydumu kənt qızının gücü? çox lovğalanırdın. Mələk birdən diziylə qarnından vurdu, Səlim yenə özünü itirmədi buraxmadı. Acığa Mələyi öpməkçün dodaqlarına yaxınlaşmışdı, Mələk alnıyla Səlimin burnundan vurdu başıyla. Səlim bir əliylə burnunu tutdu, Mələk yumuruqla başının zədələnən yerindən vurdu. Səlimi üstündən saldı, cəld ayağa qalxmışdı, Səlim ayağından tutub yenə yıxdı. Mələklə Səlim artıq əlbə – ayağa davalaşırdılar. Səlim gördü başından və burnundan dəyən zərbədən Mələyi əldən buraxacaq. Əsəbləşib heç özüdə bilmədən, istəmədən Mələyin başından yumuruq vurdu. Vurulan zərbəni təsirindən Mələk özündən keçindi. Səlim başını tutub, dərindən – dərindən nəfəs alıb burnunun qanını sildi. Çox oldun sən, Mələk cavab vermədi, tərpənmədidə. Səlim ehtiyatçün tez Mələyi oturduğu yerdə özünə çəkdi. Quçağında sıxıb, boynuna qolunu salıb tutudu. Niyə danışmırsan? elə bilirsən yalanlarına inanacam hə? pislik. Mələyi elə sıxıb tutmuşdu ki, düşünürdü elə durub birdən özünü vuracaqdı. Əliylə burnunun qanını silib başını tutdu, off səni öldürsəm ürəyim soyumaz. Mələkdən cavab gəlmirdi, nə də əlindən çıxmağa çapalamırdı. Səlim ehtiyatla üzünə baxdı, əliylə üzünü şillələyib, ey duyursanmı məni? özünü tülkülüyə vurma. Birdən Mələyində burnundan qan gəldi. Səlim tez qolunu boşaltdı boğzaından, o qədər Mələkdən ehtiyat edirdi ki, bu halındada inanmırdı. Əliylə burnunun qanına toxunub, sən gərçəkdəndə özündənmi kecindin? pislik. İnan öldürtəcəksən özünü mənə. Tez dizi üstə durub Mələyi yerə uzatdı, aşağı əyildikdə başı ağrıdı, ofuldadı. Mələyin üzünə şillə vurdu yavaşdan, eyy aç gözlərini oyun oynama mənimlə. Bilirəm özünü tülkülüyə vurursan, bax deyirəm birdə məni vursan, öldürərəm səni. Gördü gərçəkdən Mələk özündə deyil, tez qalxıb su gətirdi, yanında çökdü. Sudan üzünə vurub ayıltmağa çalışdı, aç gözlərini işim bitmədi səninlə. Sudan sinəsinə – üzünə vurub, ayıltmağa çalışırdı. Ancaq başından dəyən zərbə ciddi tutumuşdu qızı.

Правообладателям