Главная » Acı həyat. Roman читать онлайн | страница 61

Читать книгу Acı həyat. Roman онлайн

61 страница из 89


Mələyi həkimlərin yardım etməsinə baxmayaraq özünə gətirə bilməmişdilər, reonimasiya otağına yerləşdirmişdilər. Babasınada iynə vurmuşdular, yazıq kişi olanlara tab gətirə bilmirdi. Ürəyini tutub qalxıb Mələyin yanına getməyə istəyirdi, həkim tutub zorla yatızdırırdı. Tibb bacısı tələsik təkrar sakitləşdirici iynə vurdu. Yazıq kişinin ürəyi az qala dayanacaqdı həyəcandan.

Səlim etdiyinə peşman idimi? bunu bir Allah bilirdi, qapının yanında gözünü bir nöqtəyə zilləyib fikirə dalmışdı. Əslində bilmdən vurmuşdu Mələyi, qaçaraq Mələyin ata – anası gəldilər xəstəxanaya. Yazıq qadın çatan kimi qızım deyib ağlamağa başladı, atası tutub zorla saxlayırdı ki, otağa girməsin. Səlim baxdı anasının fəryad edib ağlamasına, bunda günahkar özü idi. Bi ixtiyar gözlərindən yaş süzüldü üzünə, anasınada qaçaraq gəlib iynə vurdular. Vurulan iynənin təsirindən yazıq qadın ərinin qucağında qaldı halsız. Atasıda arvadını otuzdurub qucaqlayıb tutdu, qızının yatdığı otağa tərəf baxıb ağldı. Səlim az qalırdı havalansın olara baxdıqca, öz – özünə: Allah mənim cəzamı indi verdi. Divara söykəndiyi yerdə aşağı çökərək ikki əlləri ilə başını tutdu, ayıl başımın bəlası. Anançün ayıl, qorxmuş uşaq kimi qısılıb oturdu yerdə, baxa bilmirdi atasının ağlaşına.

Правообладателям